Rusiyayönlü erməni kinoprodüsser saxlanıldı

   Rusiyayönlü erməni kinoprodüsser saxlanıldı
  17 May 2022    Oxunub:1342
Ermənistan müxalifətinin əsas dəstəkçilərindən olan və Rusiyayönlü mövqeyi ilə seçilən kinoprodüser Armen Qriqoryan saxlanılıb. O zorakılığa çağırışda ittihamı edilir.
AzVision.az xəbər verir ki, bu barədə Qriqoryanın vəkili, hüquq müdafiəçisi Ruben Melikyan məlumat yayıb.

"İndi mənə Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsindən zəng gəldi. Armen Qriqoryan mənə bildirdi ki, o, Cinayət Məcəlləsinin 262.2-ci (zorakılıq tətbiq etməyə açıq çağırışlar və ya zorakılığın təbliği) maddəsi ilə saxlanılıb. Hazırda başqa təfərrüatlar yoxdur”, - Melikyan sosial şəbəkələrdəki səhifəsində yazıb.
Qriqoryan İrəvan Tibb İnstitutunun (YerMİ) ilk "KVN" komandasının üzvü kimi tanınır. O 1992 və 1994-cü illərdə ikiqat klub çempionu olub. Aktiv ictimai fəaliyyətlə məşğuldur və Rusiyayönlü və anti-Azərbaycan mövqeyi ilə tanınır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti