NATO-nun ilk zabiti artıq İsveçdədir

   NATO-nun ilk zabiti artıq İsveçdədir
  17 May 2022    Oxunub:1265
İsveçə NATO-nun ilk zabiti, norveçli polkovnik-leytenant Asle Strand adlı şəxs iş fəaliyyətinə başlamaq üçün gəlib. AzVision.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.
"Yaxın vaxtlarda NATO-nun bir neçə ölkədən olan zabitləri qərargahda xidmətə başlayacaqlar. Polkovnik-leytenant Asle Strand yeni iş yerində onlardan birinci oldu", - İsveç Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edək ki, ötən bazar İsveçin hakim Sosial Demokrat Partiyası NATO-ya üzv olmaq üçün alyansa müraciət etmək qərarını açıqladı. İsveçin baş naziri Maqdalena Andersson isə bildirib ki, NATO-ya üzv olmaq ölkənin və İsveç xalqının təhlükəsizliyinə müsbət təsir göstərəcək. Bazar günü Finlandiya da rəsmi olaraq Şimali Atlantika Alyansına qoşulmaq qərarına gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər: NATO   İsveç  





Xəbər lenti