Estoniyada sovet əsgəri abidəsi yoxa çıxıb

   Estoniyada sovet əsgəri abidəsi yoxa çıxıb
  17 May 2022    Oxunub:1120
Estoniyanın Pyarnu qraflığının Koonqa kilsəsindəki Mixkli qəbiristanlığında olan sovet əsgərlərinə həsr olunmuş abidəsi müəmmalı şəkildə yoxa çıxıb. AzVision.az xəbər verir ki, bu barədə yerli "Lääne Elu" qəzeti məlumat yayıb.
"Mixkli qəbiristanlığında sovet əsgərlərinə ucaldılmış abidə gözlənilməz şəkildə yoxa çıxıb və onun qarşısındakı daş hissə də götürülüb. Abidənin ancaq bünövrəsi qalıb. Qəbiristanlıq gözətçisinin sözlərinə görə, bazar günü abidə yerində olub", - məqalədə yazılıb.

Qeyd edək ki, abidə 12 sovet əsgərinin dəfn olunduğu xüsusi məzarın üzərində ucaldılmışdı. 1960-cı illərdə abidəyə eston və rus dillərində “Sovet Vətəninin azadlığı və müstəqilliyi uğrunda mübarizədə həlak olmuş qəhrəmanlara əbədi ehtiram” yazısı olan xatirə lövhəsi quraşdırılmışdı.
Bu abidə əvvəllər də naməlum şəxslərin hücumuna məruz qalıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Estoniya   Rusiya  





Xəbər lenti