Aİ Kiyevə növbəti tarixi dəstəyini açıqladı

   Aİ Kiyevə növbəti tarixi dəstəyini açıqladı
  17 May 2022    Oxunub:1280
Avropa İttifaqı(Aİ) ölkələrinin müdafiə nazirləri ukraynalı həmkarı Aleksiy Reznikov ilə Ukrayna ordusunun müdafiə sahəsində ehtiyaclarını müzakirə ediblər. AzVision.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel görüşün yekununa dair açıqlamada deyib.
- Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bizim dəstəkləməyə davam etdiyimiz ordularının durumu və ehtiyacları barədə danışıb. Bu dəstək döyüş meydanına, Ukrayna ordusunun imkanlarına təsir edir. Biz bu səyləri dəstəkləməli, resursları və ehtiyatları artırmalıyıq, - Borrel deyib.
Onun sözlərinə görə, Aİ Ukraynaya hərbi dəstəyi eyni səviyyədə davam etdirmək üçün kifayət qədər resurslara malikdir.

- Bu cür dəstək xüsusilə vacibdir, çünki indi Donbassdakı döyüşlərin “həlledici mərhələsi”dir... Biz Ukraynanın texnikalarsız qalmasına imkan verə bilmərik və buna imkan verməyəcəyik, - o vurğulayıb.

Borrell həmçinin qeyd edib ki, Aİ müdafiə nazirliyi rəhbərləri Ukraynaya hərbi yardım üçün əlavə 500 milyon avro ayrılmasını dəstəkləyiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Avropa-İttifaqı  





Xəbər lenti