Paşinyanın bağ evində "Nikol satqındır" şüarları - VİDEO

   Paşinyanın bağ evində "Nikol satqındır" şüarları -    VİDEO
  17 May 2022    Oxunub:1417
Bu gün axşam saatlarında İrəvanda başlayan mitinqlər kütləviliyi və radikal şüarların səsləndirilməsi ilə seçilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İrəvanda genişmiqyaslı mitinq başlayıb - CANLI
Bildirilir ki, müxalifətin “Müqavimət” hərəkatının təşkil etdiyi yürüş zamanı etirazçılar hökumət bağlarında dayanaraq “Nikol satqındır” şüarları səsləndiriblər.

- Biz dəfələrlə demişik ki, bu bağ evi insanlara xidmət etməlidir. Nikolun bu "daça"da yaşamasına sayılı günlər qalıb. Amma hara üz tutsa, onun arxasınca gedəcəyik və onu rahat buraxmayacağıq, - vitse-spiker, daşnak İşxan Saqatelyan deyib.

O qeyd edib ki, baş nazirin alternativ variantı yoxdur, "Nikol tezliklə çaxnaşmasız, qan tökülmədən postunu tərk etməlidir".

Yürüş hazırda davam edir.

Qeyd edək ki, mayın 17-də səhər saatlarında İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilib. Etirazçılar küçələri aktiv şəkildə bağlayıblar. Rəsmi məlumatlara görə, polis ümumilikdə 417 etirazçını saxlayıb. Onların arasında tanınmış siyasətçilər və onların övladları da olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq  





Xəbər lenti