Erməni əsgər minaya düşdü

   Erməni əsgər minaya düşdü
  17 May 2022    Oxunub:1079
Ermənistanda əsgər minaya düşüb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Mayın 17-də saat 16:15-də mina partlaması nəticəsində respublikanın şimal-şərqində yerləşən hərbi hissənin müqaviləli hərbi qulluqçusu sıravi Armen Qrantoviç Babayan yaralanıb”, - məlumatda deyilir.
Qeyd edilir ki, yaralıların həyatı üçün ciddi təhlükə yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Mina  





Xəbər lenti