Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

   Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
  17 May 2022    Oxunub:890
Bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məluumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

AzVision.az



Teqlər: Kəlbəcər   Atəş  





Xəbər lenti