"Qarabağ" mənim evimdir" - Andrade
Kabo-verdeli yarımmüdafiəçi "Qarabağ"da qalıb-qalmayacağı ilə bağı sualı belə cavablandırıb: "Həqiqətən "Qarabağ" ailəsi bütün işçiləri ilə birlikdə çox böyükdür. Gələcəyimlə bağlı isə onu deyə bilərəm ki, bu yaxınlarda menecerim gələcək və klubla bu mövzu ətrafında danışacaq. Ümid edirəm ki, məsələ qısa zaman ərzində həllini tapacaq. Detallara varmaq istəmirəm. Ümid edirəm ki, həm mənim üçün, həm də klub üçün uyğun olan şərtlərlə razılığa gələcəyik.
Hazırda bura mənim evimdir. Mən də, ailəm də burada özümüzü çox xoşbəxt hiss edirik, hər şey ürəyimcədir. Amma gələcək barədə nəsə deyə bilmərəm. Menecerim klubla danışacaq və orada hər şey həll olunacaq".
AzVision.az
Teqlər: