"Rusiya bizə qarşı 160 mindən çox hərbçidən istifadə edir"

 "Rusiya bizə qarşı  160 mindən çox  hərbçidən istifadə edir"
  17 May 2022    Oxunub:1215
Ukraynaya qarşı istifadə edilən Rusiya qoşunlarının ümumi birləşmiş qruplaşması (ehtiyatlar da daxil olmaqla) təxminən 167 min şəxsi heyətdən ibarətdir.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

- Belarus qoşunları Ukrayna-Belarus sərhədi boyunca aktiv manevrlər edir. Moskva Minski sıxışdırıb onu açıq işğala məcbur edəcəyi təqdirdə biz qüvvələrimizin bir hissəsini ehtiyatda saxlamağa məcbur qalacağıq, -nazir qeyd edib.

Reznikov onu da vurğulayıb ki, Rusiya Ukraynanın ərazisində hərbi-sənaye və yanacaq-energetika komplekslərinin obyektlərinə raket və bomba zərbələri endirir. Onun sözlərinə görə, hədəflər həm də nəqliyyat infrastrukturu və logistika qovşaqları olur. O, həmçinin qeyd edib ki, Kreml Ukraynanın cənub-şərq vilayətləri ərazisinə və Odessa vilayətinə raket zərbələrinin sayını artırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti