Türkiyədən Finlandiya və İsveçə şərt: PKK pislənsin, silah embarqosu ləğv edilsin

      Türkiyədən Finlandiya və İsveçə şərt:    PKK pislənsin, silah embarqosu ləğv edilsin
  18 May 2022    Oxunub:2225
Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı şərtləri açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb. Qeyd olunub ki, rəsmi Vaşinqton Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə F-35 beşinci nəsil qırıcı-bombardmançı proqramından kənarlaşdırmışdı. Öncə rəsmi Ankara F-35 qırıcılarının istehsalı proqramına daxil edilsin. Daha sonra Türkiyə israr edir ki, yeni NATO namizədləri həm Türkiyə daxilində, həm də Suriya və İraqda kürd silahlı birləşmələri ilə bağlı narahatlıqlarını etiraf etsin.

Xüsusilə İsveç və Finlandiya təkcə PKK deyil, həm də onun qollarını açıq şəkildə pisləsinlər. Bundan əlavə, hər iki dövlət Türkiyəyə silah ixracına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırsın.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   NATO  



Xəbər lenti