Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət etdilər

 Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət etdilər
  18 May 2022    Oxunub:1389
Finlandiya və İsveçin NATO-dakı səfirləri Alyansın baş katibi Yens Stoltenberqə ölkələrinin NATO-ya üzv olması üçün ərizələri rəsmən təqdim ediblər.
AzVision.az xəbər verir ki, mərasim Alyansın mətbuat xidməti tərəfindən onlayn yayımlanıb.

Yens Stoltenberq bildirib ki, NATO İsveç və Finlandiyanın alyansa qoşulmaq üçün müraciətini alqışlayır və bunun üçün zəruri olan məsələlərin tezliklə həllinə zəmanət verir. Onun sözlərinə görə, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə alyans Baltikyanı regionda təhlükəsizlik sistemini uyğunlaşdıracaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NATO  



Xəbər lenti