İrəvanda 352 etirazçı saxlanılıb - YENİLƏNİB

   İrəvanda  352  etirazçı saxlanılıb -  YENİLƏNİB
  18 May 2022    Oxunub:2184
Ermənistanda keçirilən etiraz aksiyaları zamanı saxlanılan müxalifətçilərin sayı artıb. AzVision.azxəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Saytlar Ermənistan Polisinə istinad ediblər. Qeyd edilir ki, polis 352 müxalifətçini bölmələrə aparıb.

***
11:57


Bu gün İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə başlayan etiraz aksiyaları zamanı saxlanılanların sayı artıb.AzVision.azxəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, müxalifət qüvvələrinin 300-ə yaxın tərəfdarı saxlanılaraq bölmələrə aparılıb.

"Saat 10:30-a olan məlumata görə polisin qanuni tələblərinə tabe olmayan 277 vətəndaş müxtəlif polis bölmələrinə təhvil verilib", - məlumatda deyilir.

Yerli media yazır ki, hazırda İrəvanda aktiv etiraz aksiyaları dayandırılıb, nəqliyyatın hərəkəti bərpa edilib. Müxalifət axşam saatlarında Fransa meydanında genişmiqyaslı mitinq keçirmək niyyətindədir.

***
11:00


Ermənistanda vəziyyət gərgin olaraq qalır. AzVision.az xəbər verir ki, bu gün İrəvanda keçirilən etiraz aksiyaları zamanı xeyli sayda müxalifətçi saxlanılıb.

Ermənistan Polisinin mətbuat xidmətinin yaydığı məlumata görə 73 nəfər polis bölmələrinə aparılıb.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Müxalifətin "Müqavimət" hərəkatının təşkil etdiyi mitinqlər əsasən paytaxt İrəvanda təşkil edilir. Etirazçılar küçələri aktiv şəkildə bağlayırlar. Polisin müdaxiləsindən sonra hər gün onlarla etirazçı saxlanılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Mitinq  



Xəbər lenti