Ukrayna ilə bağlı daha bir görüş keçiriləcək

Ukrayna ilə bağlı daha bir görüş keçiriləcək
  18 May 2022    Oxunub:852
Yaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin humanitar məsələlər üzrə təmas qrupunun görüşü keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Vaşinqtonda çıxışı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.

“BMT Baş katibinin təklif etdiyi, BMT, Türkiyə, Rusiya və Ukraynanın daxil olduğu humanitar məsələlər üzrə təmas qrupu mövcuddur. Yaxın günlərdə texniki səviyyədə görüş keçirməyi planlaşdırırıq”, - Çavuşoğlu bildirib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Ukrayna   Türkiyə  



Xəbər lenti