"Kənd və şəhər ailələri arasında böyük fərq var" - Bahar Muradova

"Kənd və şəhər ailələri arasında böyük fərq var" - Bahar Muradova
  18 May 2022    Oxunub:1926
"Azərbaycan ailəsi deyilən məfhumun ətrafında problemlər həmişə müzakirə predmetidir".
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda kənd və şəhər yerlərindəki ailələri arasında böyük fərq var:

"Narazı qaldığımız məqamlarla bağlı bölgələrdə fərqli mənzərəni görürük. Çox zaman onların bizim kimi düşündüyünü müşahidə edirik. Şəhər mühitində hər cür tendensiyalarda ziddiyyətlər yaranır".

Komitə sədrinin sözlərinə gərə, ailə institutu yeganə sahədir ki, nə qədər inkişaf etsə də problemlər olur:

"Bəzən bizim təsəvvürümüzdə və qanunlarımızda olan ailə institutu məfhumu ilə reallıqda olan məfhum arasında ziddiyət olur. Amma biz bu ziddiyətləri aradan qaldırmağa çalışırıq. Davamlı olaraq bu sahədə iş gedir. Bizim məqsədimiz çətin vəziyyətdə olan ailələrin sayının azadılmasına nail olmaqdır. Ailələrin azad təhlükəsiz yaşaması və müasir tendensiyalarla uyğunlaşması üçün hamımız çalışmalıyıq".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti