"Azərbaycanda nikahların və doğulanların sayı azalır" - Zahid Oruc
"2010-cu ildə nikahların sayı 79.172, boşanmaların sayı 9.061, 2020-ci ildə isə nikahların sayı 35.348, boşanmaların sayı 14.628 olub. Son illerde ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Belə ki, 2010-cu ildə əhalinin hər 1000 nəfərinə bu göstərici 18,5 idisə, 2020-ci ildə bu göstərici 12,7-yə qədər enib. Müqayisə üçün deyək ki, boşanma statistikası Qərb ölkələrində-Avropa Birliyində 1000 nəfərə düşən 8 evlilikdən 3.1-nin, ABŞ-da 3-nün, Rusiyada ise ən böyük-4.7 nin dağılması faktını təşkil edir. Xatırladaq ki, Azərbaycanın son 60 illik tarixində boşanmaların, ailələrin dağılmasının ən yüksək həddi 1990-cı ildə baş verib-1000 nəfərə düşən 10 evlilikdən 2-si dağılıb".
Deputat qeyd edib ki, ölkənin həyatında baş verən qlobal və lokal dəyişikliklər birbaşa ailə institunun sabitliyinə təsir edir.
Z.Oruc bildirib ki, Qarabağın azad edilməsi ilə başlayan yeni dövrə qədəm qoyub. Ölkəmizdə 1 milyondan artıq insanla bağlı işlədilən "qaçqın və məcburi köçkün ailəsi" ifadəsi tarixə qovuşur:
""Böyük Qayıdış" nəticəsində həmin ailələr doğma torpaqlarına qovuşacaqlar. Beləliklə, xalqımızın ailə sahəsində onilliklərlə mövcud olan ümummilli problemi həll edilib və milyonları əhatə edən qaçqın ailələr bundan sonrakı talelərində bir daha köçkünlük yaşamayacaqları inamı ilə baxır".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


