Erməni polisi gəzintiyə çıxan vətəndaşları da saxlayır - VİDEO

   Erməni polisi gəzintiyə çıxan vətəndaşları da saxlayır -    VİDEO
  18 May 2022    Oxunub:1187
Bu gün Ermənistanda keçirilən etiraz aksiyaları zamanı maraqlı hadisə baş verib. AzVision.az xəbər verir ki, yerli media polisin aksiyaya aidiyyəti olmayan təsadüfi şəxsləri də bölmələrə apardığını yazıb.
Bununla bağlı videonu dərc edən saytlar vətəndaşın sadəcə ərazidə gəzintiyə çıxdığını yazıb.

İrəvanda polislə müxalifətçilər arasında dava düşüb - VİDEO
"Vətəndaş onu Nor Norka aparan polislərə müraciət edərək deyir ki, “Qardaşlar, mən bu işlərə qarışmıram, mitinq iştirakçısı yox, adi yoldan keçən biriyəm”. Polis isə qarşısına çıxan hər kəsi saxlayaraq aksiyaların baş tutmamasına çalışıb", - məqalədə yazılıb.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Müxalifətin "Müqavimət" hərəkatının təşkil etdiyi mitinqlər əsasən paytaxt İrəvanda təşkil edilir. Etirazçılar küçələri aktiv şəkildə bağlayırlar. Polisin müdaxiləsindən sonra hər gün onlarla etirazçı saxlanılır.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Mitinq  





Xəbər lenti