İspaniya səfiri Rusiya XİN-ə çağırıldı

   İspaniya səfiri Rusiya XİN-ə çağırıldı
  18 May 2022    Oxunub:1315
İspaniyanın Moskvadakı səfiri Markos Qomez Martinez Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az xəbər verir ki, bu məlumatı “TASS”a İspaniya Xarici İşlər Nazirliyindəki mənbə təsdiqləyib. “Bu günə qədər biz yalnız onun çağırıldığını təsdiq edirik”, - mənbə bildirib. Çağırılmanın səbəbləri açıqlanmayıb.

Aprel ayında İspaniya hakimiyyəti Rusiya diplomatik missiyasının 27 əməkdaşının krallıqdan çıxarılması barədə qərar qəbul etdiyini açıqlamışdı.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İspaniya  



Xəbər lenti