DMX-nin rəisi beynəlxalq forumunda iştirak edir
Forum BMT-nin Baş Assambleyasının prezidenti Abdulla Şahidin sədrliyi ilə reallaşır. Forum çərçivəsində təşkil olunan dörd interaktiv çoxtərəfli dəyirmi masalarda müxtəlif maraqlı tərəflər arasında Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı müzakirələrin aparılması və tərcübələrin bölüşülməsi, habelə Forumun yekununda hökumətlərarası razılaşdırılma vasitəsilə Tərəqqi Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.
Azərbaycan qeyd olunan beynəlxalq sənədin səmərəli icrası üzrə BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən “Çempion ölkə” kimi müəyyənləşdirilmiş 33 ölkədən biri kimi Forumda iştirak edir. Bununla yanaşı, Azərbaycan adıçəkilən Forum çərçivəsində təşkil olunacaq dörd dəyirmi masaya həmsədrlik edən səkkiz ölkə sırasındadır.
AzVision.az
Teqlər: DMX







Vaxtında, Aydın, Lazımlı!


