"Bu il 395 ailənin mübahisəsi müsbət həll edilib"

 "Bu il 395 ailənin mübahisəsi müsbət həll edilib"
  18 May 2022    Oxunub:1172
"Bu il bizə 11005 ailə mübahisələrlə bağlı müraciət edib. Keçən illə müqayisədə rəqəmlərdə artım var. Mübahisələrin 395-i barışıq sazişi ilə nəticələnib".
AzVision.az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda çıxışı zamanı deyib:

"2021-ci ildə ailə mübahisələri ilə bağlı bizə 11912 müraciət olub. Onların 752-Si barışıq sazişi ilə nəticələnib. Bu da məhkəmələrin iş yükünün azaldılmasına təsir edir. Burada təkcə nikaha xitam verilməsi, boşanma deyil, uşağın kimdə qalması, uşağın xaricə çıxarılması əmlak bölgüsü və digər məsələlər də olub".

N.Adilov qeyd edib ki, ümumilikdə 59 mediatra işlərində nöqsanları olduğu xəbərdarlıq edilib, 7 mediatrın fəaliyyəti dayandırılıb, 14 mediatrın hərəkətində pozuntu olmadığı üşün müsbət qərar qəbul edilib,12 mediatra töhmət verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti