Di Kaprio özündən 23 yaş kiçik sevgilisi ilə - FOTO

   Di Kaprio özündən 23 yaş kiçik sevgilisi ilə -    FOTO
  18 May 2022    Oxunub:2124
Hollivud aktyoru Leonardo Di Kaprio 4 ildən artıq münasibətdə olduğu sevgilisi, model Kamilla Morronu zərif bir şəkildə öpdüyü an paparazilərin obyektivinə tuş gəlib.
Sosial tədbirlərə belə qol-qola getməyən cütlük nadir hallarda ictimaiyyət qarşısına çıxır. Ancaq jurnalistlər onları maraqlı anlarda yaxalamağı bacarır.

Bu dəfə sevgililər Leonardonun Kamillanın alnından zərif bir şəkildə öpdüyü, daha sonra bərk-bərk qucaqlaşdıqları an yaxalanıblar.

Bu fotolar artıq internetdə yayılıb. Pərəstişkarları cütlüyün çox təsirli göründüyünü qeyd ediblər. Onlar Leodan heç vaxt belə incəlik görmədiklərini yazıblar.

Qeyd edək ki, cütlük beş ilə yaxındır ki, birlikdədir. Aktyor Argentinadan olan sevgilisindən 23 yaş böyükdür.

Onlar eyni zamanda münasibətlərini reklam etmir, qırmızı xalçaya birlikdə çıxmırlar. Bəzən səyahət edərkən görüntülənirlər.

Bu davranış onların münasibətində hər şeyin yaxşı getmədiyi barədə dəfələrlə şayiələrə səbəb olub. Ancaq onlar hələ də birlikdədirlər və görünür, xoşbəxtdirlər.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti