"Qiyməti kəllə-çarxa qaldırasan, amma yenə də zərərlə işləyəsən" - Natiq Cəfərli

 "Qiyməti kəllə-çarxa qaldırasan, amma yenə də zərərlə işləyəsən" -    Natiq Cəfərli
  18 May 2022    Oxunub:1368
“İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən – söhbət yenə analoqu olmayan şirkətdən, AZAL-dan gedir”. AzVision.az xəbər verir ki, bunu feysbuk səhifəsində iqtisadçı Natiq Cəfərli yazıb.
O bildirib ki, AZAL son maliyyə hesabatını açıqlayıb, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub:

“Halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb. Bundan başqa AZAL-ın 2,2 milyard manat borcu da var. Əsas borc dövlətə, Maliyyə Nazirliyinədir.

Yəni, ölmüş puldur, bu vəsaiti AZAL heç qaytarmayacaq da. Bir müddət sonra borclar silinəcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti