Turizm Agentliyi Tahir Əmiraslanovun vəzifədən çıxarılmasına münasibət bildirdi

   Turizm Agentliyi Tahir Əmiraslanovun vəzifədən çıxarılmasına münasibət bildirdi
  18 May 2022    Oxunub:1150
Dövlət Turizm Agentliyi Tahir Əmiraslanovun Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən çıxarılmasına aydınlıq gətirib.
Agentliyin sədr müavini Azadə Hüseynova AzVision.az -a açıqlamasında bildirib ki, kadr dəyişikliyi ilə bağlı fikirlər müxtəlifdir:

"Tahir Əmiraslanov Azərbaycan kulinariyası üçün əməyi keçən kadrlandan biridir. Bu gün və bundan əvvəl də ölkə kulinariyasına töhfəsini verən hər bir şəxslə işləməyə hazırıq. Bu istiqamətdə işlərimizi davam etdiririk. Orxan Fikrətoğlunun təyinatına gəlincə, bizim üçün önəmli Azərbaycan turizminin dünyada lazımi səviyyədə təbliğ olunmasıdır. Çünki istənilən sahənin inkişafında təbliğatın böyük rolu var. Fikrimcə, Orxan Fikrətoğlunun da bu sahədə kifayət qədər təcrübəsi var və bizə dəstəyini göstərəcək. Artıq onun gördüyü işlər göz qabağındadır. Bu sahədə olan digər mütəxəssislərə də qapımız hər zaman açıqdır

Bu gün də T.Əmiraslanovla əməkdaşlığı davam etdiririk. Çünki o, bu sahədə ekspertdir. Nəinki Tahir Əmiraslanovla, eləcə də xarici ekspertlərlə əməkdaşlıq çərçivəsində fəaliyyətimiz davam etdiriləcək", - deyə o qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti