Kulinariya sahəsində yeni strategiya hazırlanır

   Kulinariya sahəsində yeni strategiya hazırlanır
  18 May 2022    Oxunub:982
"Kulinariya sahəsində nəzərdə tutulan yeni strategiyanın sənədlərinin hazırlanmasına başlanılıb".
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyin sədr müavini Azadə Hüseynova deyib.

O qeyd edib ki, qısa müddətdə həmin sənədlər hazır olacaq:
"Həmin sənədlərdə kulinariya sahəsinin əsas prioritetləri müəyyənləşəcək. Bununla yanaşı qarşıda duran hədəflərin həyata keçirilməsi ilə məşğuluq".

A.Hüseynova əlavə edib ki, agentliyin əsas hədəflərindən biri Azərbaycanın bu, qryri-maddi mədəni irsini dünyaya tanıtmaq və təbliğ etməkdir".

AzVision.az


Teqlər:



Xəbər lenti