"Yerablur" panteonundan qumbara tapıldı

   "Yerablur" panteonundan qumbara tapıldı
  18 May 2022    Oxunub:1414
Ermənistanın hərbi panteonu "Yerablur"dan əl qumbarası tapılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Yerablur ərazisində partlayıcı əşya olması barədə mayın 18-də saat 10:32-də Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xilasetmə İdarəsinin xüsusi heyəti, Mülki Müdafiə İdarəsinin mühəndis-istehkam dəstələri hadisə yerinə yola düşüb. Xilasedicilər "F-1" əl qumbarası aşkarlayaraq onu Hərbi Polisə təhvil veriblər", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Qumbara  



Xəbər lenti