Ərdoğan: “İsveç və Finlandiya nümayəndə göndərməklə vaxt itirməsin”

    Ərdoğan: “İsveç və Finlandiya nümayəndə göndərməklə vaxt itirməsin”
  18 May 2022    Oxunub:1412
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha açıqlayıb ki, ölkəsi Ankaranın tələbi ilə terrorçuları təhvil vermədikləri üçün İsveç və Finlandiyanın NATO-ya qəbulunu dəstəkləməyəcək.
“Siz terrorçuları bizə təhvil vermirsiniz, eyni zamanda NATO-ya üzvlük məsələsində bizdən dəstəyi gözləyirsiniz. NATO təhlükəsizlik təşkilatıdır, ona görə də biz özü təhlükəsizlikdən məhrum olan təşkilata "hə" deməyəcəyik”-, Ərdoğan bildirib.

Türkiyə prezidenti həmçinin İsveç və Finlandiya nümayəndələrini NATO-ya üzv olmaq üçün onları dəstəkləməyə inandırmaq üçün Ankaraya səfər etməklə vaxt itirməməyə çağırıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NATO  



Xəbər lenti