Rusiya 24 italyan diplomatını da ölkədən çıxarır

   Rusiya 24 italyan diplomatını da ölkədən çıxarır
  18 May 2022    Oxunub:1353
Rusiya tərəfi cavab olaraq 24 italyan diplomatını ölkədən çıxarır. Bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
İtaliyanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və rus diplomatlarının ölkədən çıxarılmasına cavab tədbirləri görüldüyü qeyd edilib.

Aprelin əvvəlində İtaliyanın xarici işlər naziri Di Mayo 30 rus diplomatının ölkədən çıxarıldığını elan edib. KİV-in məlumatına görə, XİN rəhbəri bu qərarı “milli təhlükəsizlik” məsələləri ilə əlaqələndirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti