AzVision.az xəbər verir ki, bu barədə "Die Welt" qəzeti qətnamə layihəsinin mətninə istinadən məlumat yayıb. Nəşrin sitat gətirdiyi mətndə deyilir ki, bir neçə avropalı siyasətçi Rusiya şirkətləri ilə iş görməkdən imtina edib. Burada həmçinin Şröderə, eləcə də Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Karin Knaysla bağlı eyni addım atılması çağırışı da var.
Qətnamə müəllifləri Aİ-ni Rusiyadan pul almağa davam edən iri Rusiya müəssisələrinin idarə heyətinin avropalı nümayəndələrini sanksiya siyahılarına daxil etməyə çağırırlar.
İlkin Nəcəfzadə
AzVision.az