Aİ keçmiş kansleri “qara siyahı” ya sala bilər

   Aİ keçmiş kansleri  “qara siyahı”   ya sala bilər
  18 May 2022    Oxunub:1168
Avropa Parlamentinin əksər üzvləri cümə axşamı Almaniyanın keçmiş kansleri Gerhard Şröderin (o, 1998-2005-ci illərdə bu vəzifədə olub) Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsini tələb edən qətnaməyə səs verəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə "Die Welt" qəzeti qətnamə layihəsinin mətninə istinadən məlumat yayıb. Nəşrin sitat gətirdiyi mətndə deyilir ki, bir neçə avropalı siyasətçi Rusiya şirkətləri ilə iş görməkdən imtina edib. Burada həmçinin Şröderə, eləcə də Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Karin Knaysla bağlı eyni addım atılması çağırışı da var.

Qətnamə müəllifləri Aİ-ni Rusiyadan pul almağa davam edən iri Rusiya müəssisələrinin idarə heyətinin avropalı nümayəndələrini sanksiya siyahılarına daxil etməyə çağırırlar.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:   Almaniya  



Xəbər lenti