Avropa Rusiyanın neft və qazından imtina planını yenilədi - SİYAHI

   Avropa Rusiyanın neft və qazından imtina planını yenilədi -    SİYAHI
  18 May 2022    Oxunub:1850
Avropa İttifaqının 2027-ci ilə qədər Rusiyanın enerji idxalından müstəqil olması üçün əlavə 300 milyard avro əlavə investisiya və enerji istehlakının 13% azalmasına ehtiyacı var.
AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib. O, həmçinin Ukraynaya kömək etməklə yanaşı, cəmiyyətin hərbi gücünü artırmağa yönəlmiş bir sıra tədbirləri də açıqlaıb:

- Aİ Rusiyanın enerji idxalından müstəqil olmaq üçün enerji istehlakını 13% azaltmalı olacaq

- Aİ rəqabətdən qaçmaq və Rusiyadan tədarükdən imtina etmək üçün ittifaq ölkələrinin enerji resurslarının birgə alınmasını təklif edir.

- Birlik ölkələri də hərbi texnika və silahların birgə alınmasına keçməlidir

- İttifaq ölkələri qarşıdakı illərdə müdafiə xərclərini 200 milyard avro artıracaqlarını açıqladılar

- AK 2022-ci ildə Ukraynaya 9 milyard avroya qədər makromaliyyə yardımı, o cümlədən ölkədə islahatlara yönəlmiş yenidənqurma planı ayırmağı təklif edir.

- Qurum 2025-ci ildən 2029-cu ilə qədər bütün kommersiya və ictimai binalarda və yeni yaşayış binalarında günəş panellərinin quraşdırılmasını təklif edir


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Avropa   Rusiya  



Xəbər lenti