Azərbaycanda ilk dəfə daş buğa fiqurları aşkarlanıb - FOTO

   Azərbaycanda ilk dəfə daş buğa fiqurları aşkarlanıb -    FOTO
  18 May 2022    Oxunub:1628
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin mütəxəssisləri tərəfindən Cəlilabad və Yardımlı rayonlarında yerləşən köhnə qəbiristanlıqlara baxış keçirilib.
Dövlət Xidmətindən AzVision.az - a verilən məlumata görə, monitorinq zamanı daş qoç və daş buğa (camış) fiqurları aşkar edilib.

"Qeyd etmək istərdik ki, Azərbaycan ərazisində ilk dəfədir ki, daş buğa (camış) fiquru aşkar olunur", - məlumatda bildirilib.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti