Ukrayna artilleriyaçılarından "zərgər dəqiqliyi" - VİDEO

   Ukrayna artilleriyaçılarından "zərgər dəqiqliyi" -    VİDEO
  18 May 2022    Oxunub:1119
Ukrayna mediası Rusiya Ordusuna qarşı aparılan növbəti uğurlu əməliyyat barədə məlumat yayıb. Qeyd edilir ki, 25 -ci əlahiddə hava-desant briqadasının artilleriyaçıları yeni rus hərbi texnikası və canlı qüvvəsini vurub.
Kiyevin yeni taktikası: "Javelin" və snayperli əməliyyat - VİDEO
"Qəhrəman hərbçilərimiz zərgər dəqiqliyi ilə atışlar həyata keçirərək Ukrayna torpaqlarına soxulmuş işğalçıları məhv edir. Yayılan videoda piyada döyüş maşınının və onun həndəvərində var-gəl edən işğalçıların vurulması əks olunub. Bundan başqa digər əməliyyatı əks etdirən görüntüdə dəqiq atışlarla səngərlərdə mövqelənmiş əsgərlərin məhv edilməsi aşkar görünür. Bütün işğalçıların sonu belə olacaq", - məqalədə yazılıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Artilleriya  





Xəbər lenti