Hindistanda daşqınlar: 12 nəfər öldü

Hindistanda daşqınlar:    12 nəfər öldü
  18 May 2022    Oxunub:1786
Hindistanın şimal-şərqindəki Assam və Meqalaya ştatlarında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 12 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb. Qeyd olunub ki, körpü və yolların uçması səbəbindən daşqın və sürüşmələrə məruz qalan yerlərin ölkənin mərkəzilə əlaqəsi kəsilib. Dəmir yolu fəaliyyət göstərmir. Daşqınlar 400 min insana təsir edib.

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər Assam və Meqalaya ştatlarında xilasetmə əməliyyatlarında iştirak edir. Hava proqnozuna görə, ölkənin şimal-şərqində leysan yağışları daha üç gün də davam edəcək.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:



Xəbər lenti