Güclü külək əsəcək, yağış yağacaq

   Güclü külək əsəcək, yağış yağacaq
  18 May 2022    Oxunub:829
Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, Azərbaycanın rayonlarında mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 28-33 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal var.

AzVision.az


Teqlər:



Xəbər lenti