AzVision.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. “Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəssüfləndiyini bildirir və məsələnin həlli məqsədilə filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib. Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək”, - qeyd olunub.
Xatırladaq ki, sosial şəbəkələrdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətində gecə klubunun fəaliyyət göstərməsi ilə bağlı məlumat və görüntülər yayılmışdı.
AzVision.az