İki aydan çoxdur itkin sayılan əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

   İki aydan çoxdur itkin sayılan əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama
  18 May 2022    Oxunub:1787
Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarış tədbirləri aparılır: “Dağlara yağan qar hələ də əriməyib. Bunlar isə axtarış tədbirlərini çətinləşdirir. Lakin buna baxmayaraq itkin düşən hərbçilərimizin axtarış davam edir”.

Qeyd edək ki, martın 5-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azıblar.

AzVision.az



Teqlər: Əsgər  



Xəbər lenti