Baş nazir Litva Prezidenti ilə görüşüb

Baş nazir Litva Prezidenti ilə görüşüb
  18 May 2022    Oxunub:967
Baş nazir Əli Əsədov mayın 18-də Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə görüşüb.
Nazirlər Kabinetindən AzVision.az -a verilən xəbərə görə, görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib. İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulanıb. Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

AzVision.az



Teqlər: Latviya  



Xəbər lenti