Filarmoniyanın həyətindəki gecə klubu ilə bağlı rəsmi reaksiya
Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəssüfləndiyini bildirir və məsələnin həlli məqsədilə Filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib.
"Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətində gecə klubunun fəaliyyət göstərməsi ilə bağlı görüntülər yayılmışdı.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


