Rusiya hərbi helikopteri Gürcüstanın hava məkanını pozub?

   Rusiya hərbi helikopteri Gürcüstanın hava məkanını pozub?
  18 May 2022    Oxunub:1170
Rusiya hərbi aviasiyasına məxsus helikopter Gürcüstanın hava məkanını pozub.

Bu barədə “Pirveli” telekanalı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın hərbi helikopteri Şida Kartli bölgəsinin Mereta kəndi yaxınlığında görünüb.

Gürcüstanın Müdafiə Nazirliyi məlumatlarla bağlı bəyanat yayıb. Bildirilib ki, “Mİ-24” və “Irokez” tipli helikopterlər ölkənin Müdafiə Qüvvələrinə məxsusdur və onlar Orpolo poliqonunda planlaşdırılmış “Gelati 2022” hərbi təlimində iştirak edirlər.

Nazirlik mətbuatı təlim zamanı istifadə olunan hərbi texnikanın yerdəyişməsi ilə bağlı yalnız yoxlanılmış və dəqiqləşdirilmiş informasiyalar yaymağa və cəmiyyətdə gərəksiz gərginlik yaratmamağa çağırıb.


Teqlər:



Xəbər lenti