“Uçan şpris”: Mutant ağcaqanadlar azadlığa buraxılıb

// Eksperiment çoxlarında ciddi narahatlıq doğurur

      “Uçan şpris”:    Mutant ağcaqanadlar azadlığa buraxılıb
  18 May 2022    Oxunub:5213
Gözlərinizi yumun və fantastik bir antiutopiya filminin süjetini təsəvvür edin: Ekssentrik alim planetimizdə insanların sayını azaltmaq qərarına gəlib. “Xeyriyyə” adı altında kasıb ölkələrdə qadınları zəhərli iynələrlə sterilizasiya edir. Heç bir şeydən şübhələnməyən əhalidən onun təcrübələrində laboratoriya siçovulları kimi istifadə olunur…
Belə təşəbbüslər inandırıcı olmasa da, hazırda gözümüzün önündə qəribə bir süjet cərəyan edir.

“Uçan şprislər”

2008-ci ildə Bill və Melinda Qeyts Fondu nüfuzlu Yaponiya universitetinə maraqlı bir təkliflə müraciət edib. Onlar gen mühəndisliyi ilə modifikasiya olunmuş ağcaqanad növü hazırlamaq istəyirdilər. Texnogen dəyişikliklər sayəsində kiçik ziyanvericilər bir dişləmə ilə insanları vaksinləyə biləcəkdilər.

Milyarder “uçan şpris”lər yarada bilən hər kəsə 1.000.000 dollar təklif etmişdi. Professor Hiroyuki Matsuoka bu misilsiz layihə üçün 100.000 dollar avans aldı. Qeyts həşəratları kütləvi istehsal etməyi və bütün dünyaya yaymağı planlaşdırırdı.


Bir il sonra yumşaq, xoş rəngli sviter geyinmiş kompüter alimi elitar konfransda təqdimat keçirdi. Özünü humanitar yardımçı adlandıran şəxs malyariya haqqında çıxışı zamanı bir sürü ağcaqanadı tamaşaçıların üzərinə buraxdı. Acgöz qaniçənlər sərbəst şəkildə uçarkən o, sevincək qışqırdı: "Bunu yalnız kasıbların üzərində sınamaq üçün heç bir səbəb yoxdur!"

Mutant ağcaqanadlar azadlıqda

Keçən il Floridanın cənubunda transgen buğumayaqlılarla bağlı pilot proqram başladıldı. Sintetik ağcaqanadları ingilis biotexnoloji şirkəti “Oxitec” yaratmışdı. Saysız-hesabsız risklərə və uzunmüddətli məlumatların olmamasına baxmayaraq, ətraf mühitin mühafizəsindən məsul rəsmi şəxslər ciddi rəy və ya ilkin sınaqlar tələb etmədilər. Bürokratlar ictimai müzakirələrdən yayınmaq və ehtimal olunan etirazların qarşısını almaq üçün sənədləri gizlətdilər.


Qeyts Fondunun maliyyələşdirdiyi firma laboratoriyada yetişdirilən böcəkləri "dost" adlandırır və israrla onların tamamilə zərərsiz olduğunu bildirir. Bununla belə, müstəqil tədqiqatçılar təhlükəsizliklə bağlı iddiaları şübhə altına alırlar. Çoxları bu manipulyasiyanın potensial ekoloji və fiziki nəticələrindən ciddi şəkildə narahatdırlar. Genetik cəhətdən dəyişdirilmiş orqanizmlərin tətbiqi yerli növlərə dəhşətli ziyan vura bilər.

2022-ci ilin martında ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) milyardlarla ağcaqanadın Kaliforniya və Floridaya buraxılmasına razılıq verib. Florida Kənd Təsərrüfatı və İstehlakçı Xidmətləri Departamenti (FDACS) potensial ictimai sağlamlıq risklərinə, həll edilməmiş elmi suallara və ictimaiyyətə açıq olmayan məlumatlara məhəl qoymadan çərşənbə günü “Oxitec”in Florida ştatının ekoloji cəhətdən ən həssas ərazilərindən olan Florida-Keysə bir neçə milyard genetikası dəyişdirilmiş ağcaqanad buraxılmasını ehtiva edən iki illik sınaq müddətinin uzadılmasını təsdiqləyib.



Qeytsə niyə inanmırlar?

1947-ci il Nürnberq Məcəlləsinə görə, müalicə və ya prosedurlara razılıq mütləq könüllü olmalıdır. Ağcaqanad isə heç kimi dişləyəndə fikrini öyrənmir.
Etik dilemmalar bir yana dursun, saxta həyat formalarının təbii nizam üçün ağlasığmaz nəticələri ola bilər. İnsanlar Allah rolu oynayanda nadir hallarda müsbət nəticə əldə edirlər.
Hələ 2010-cu ildə Bill Qeyts açıq şəkildə demişdi: “Bu gün dünyada 6,8 milyard insan var. Onların sayı getdikcə artır. İndi yeni peyvəndlər, səhiyyə, reproduktiv sağlamlıq xidmətləri sahəsində həqiqi yaxşı işlər görsək, əhalini 10-15 faiz azalda bilərik”.

Nadir Quliyev
AzVision.az



Teqlər: Elm  





Xəbər lenti