Litva Prezidentinin səfəri başa çatdı

   Litva Prezidentinin səfəri başa çatdı
  19 May 2022    Oxunub:282
Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycan Respublikasına rəsmi səfəri mayın 19-da başa çatıb.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Litva Respublikasının Prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedieneni Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

AzVision.az

Teqlər: Litva  







Xəbər lenti