İrəvanda etiraz aksiyaları keçirilir - VİDEO

   İrəvanda etiraz aksiyaları keçirilir -       VİDEO
  19 May 2022    Oxunub:1260
Ermənistan müxalifəti bu gün də aktiv şəkildə etiraz aksiyaları keçirəcək. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İrəvanda əsgər valideynləri ilə polis toqquşdu - VİDEO
Bildirilir ki, artıq səhər saatlarından başyaraq paytaxt İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir. Etirazçılar "Nikol satqındır", "Nikolsuz Ermənistan" şüarları səsləndirirlər.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Müxalifətin "Müqavimət" hərəkatının təşkil etdiyi mitinqlər əsasən paytaxt İrəvanda təşkil edilir. Etirazçılar küçələri aktiv şəkildə bağlayırlar. Polisin müdaxiləsindən sonra hər gün onlarla etirazçı saxlanılır.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti