Rəşad Dağlı təhdid olunub? - Özü açıqladı

   Rəşad Dağlı təhdid olunub? -   Özü açıqladı
  19 May 2022    Oxunub:493
Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə dəyişmə zamanı “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üzr istəməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
O, üzr videosundan bir neçə gün sonra sosial şəbəkə hesabında açıqlama yayaraq bu iddiaları təkzib edib:

“Bir uğursuz qafiyəyə görə söz-söhbət yayılmışdı, mən də bununla bağlı açıqlama vermişdim. Həmin videodan belə təsəvvür yaranıb ki, mən hansısa bir yerdə hədə-qorxu, təhdid altında açıqlama vermişəm. Bu, əsla belə deyil. Mən təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə, könüllü, ürəyim istəyib açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın”.

AzVision.az

Teqlər: Rəşad-Dağlı  







Xəbər lenti