“Times”: “Ukraynadakı əməliyyat NATO-nun təxribatlarının nəticəsidir”
Jurnalist Fransanın keçmiş xarici işlər naziri Hubert Vedrinenin sözlərini misal gətirir, o, münaqişədə günahı qürurlu və təkəbbürlü Qərb müttəfiqlərinin üzərinə qoyur. Fransa Akademiyasının rəhbəri Helene Karrere öz növbəsində, hesab edir ki, indiki vəziyyət rusların məruz qaldığı rüsvayçılığa görə yaranıb, çünki Sovet İttifaqının dağılmasından sonra heç kim ölkəyə ciddi problemlərin öhdəsindən gəlməyə kömək etməyib.
Sorbonna professoru və ABŞ tarixçisi Andre Kaspinin fikrincə, NATO Avropa Birliyi tərəfindən gücləndirilir və Amerika sənayesi xoşbəxtliklə təchizatdan milyardlar qazanır: “ABŞ üçün Avropadakı bu münaqişə böyük biznesə çevrilib”.
Bundan başqa, Fransada ümumi rəy formalaşıb ki, Putinə indiki vəziyyətdən layiqli çıxış yolu, o cümlədən Kiyevdən güzəştlər təklif edilməlidir. Bir çox fransız deyir ki, Londonun köməyi ilə Vaşinqton Avropanı Moskva ilə təhlükəli qarşıdurmaya sövq edir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Ukrayna