Bakıda məktəbdə şagird şagirdi bıçaqladı

  Bakıda məktəbdə şagird şagirdi bıçaqladı
  19 May 2022    Oxunub:313
Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə şagirdlərin bir-birini bıçaqlaması barədə yayılan xəbərə aydınlıq gətirilib.
Məktəbdən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, VIIIa sinif şagirdinə (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) sanitar qovşaqda IXb sinif şagirdi tərəfindən ayaq və qol nahiyəsindən kəsici alətlə xəsarət yetirilib. Dərhal təcili tibbi yardıma və polisə məlumat verilib. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti