“Mercedes”in 17 mindən çox maşınında əyləc problemi çıxdı

“Mercedes”in 17 mindən çox maşınında əyləc problemi çıxdı
  19 May 2022    Oxunub:772
Alman avtomobil istehsalçısı Mercedes-Benz 2005-2013-cü illər arasında Avstraliyada istehsal olunmuş 17 mindən çox ML-Class, GL-Class və R-Class avtomobillərini mümkün əyləc nasazlığına görə geri çağırır.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin Avstraliya bölməsinin öz saytında dərc olunmuş bəyanatında deyilir. Qeyd olunub ki, geri çağırılan avtomobillərin sahiblərinə əyləc gücləndiricisində mümkün nasazlıqlar səbəbindən nəqliyyat vasitələrini idarə etmək tövsiyə edilmir.

“Biz əlimizdən gələni edəcəyik ki, geri çağırılan bütün avtomobillər ən qısa zamanda texniki baxışdan keçirilsin və bütün lazımi təmirlər pulsuz həyata keçirilsin. Yoxlama və təmir nəticəsində uzun müddət avtomobilsiz qalanlara alternativ nəqliyyat vasitələri təklif olunacaq”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: avtomobil   Əyləc  





Xəbər lenti