Şri-Lanka ruslara qarşı sanksiya tətbiq etməyəck

Şri-Lanka ruslara qarşı sanksiya tətbiq etməyəck
  19 May 2022    Oxunub:1040
Şri-Lanka Rusiya vətəndaşlarına qaşrı məhdudiyyətlər tətbiq etmir və tətbiq etmək niyyətində deyil.
AzVision.az xəbər verir ki, Şri-Lankanın Dövlət Turizmin İnkişafı Agentliyinin baş direktoru Dhammika Vicayasinqh bildirib.

“Rusiya turistləri Şri-Lankanın turizm sənayesi üçün çox vacibdir. Onlar 2018-ci ildən turizm bazarında ilk on turist sırasındadırlar. 2021-ci ildən 2022-ci ilə qədər ruslar “bir nömrə” idi. Ruslar çox cəsarətlidirlər. Hətta pandemiya zamanı onlar Şri-Lankaya ilk səyahət edənlər arasında idilər”-deyə, nazir bildirib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Şri-Lanka  





Xəbər lenti