Formula 1-ə görə Bakıda yolun bir hissəsi bağlanır

   Formula 1-ə görə Bakıda yolun bir hissəsi bağlanır
  19 May 2022    Oxunub:947
19 may saat 23:00-dan Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AzVision.az -a verilən məlumata görə, bu, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədardır.

Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək. BŞH sürücülərə anlayışlarına görə təşəkkürünü bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti