“Azov”un 700-dən çox hərbçisi təslim oldu

   “Azov”un 700-dən çox hərbçisi təslim oldu
  19 May 2022    Oxunub:1116
Ötən sutka ərzində Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunda olan “Azov” alayının 771 hərbçisi Rusiya hərbçilərinə təslim olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib. O, mayın 16-dan indiyədək Azovstalda olan silahlılardan 1 730 nəfərin təslim olduğunu, onlardan 80 nəfəri yaralı olduğunu söyləyib. Xəstəxanada müalicəyə ehtiyacı olanlar Donetskdəki Novoazovsk xəstəxanasına yerləşdiriləcək.

Qeyd edək ki, Mayın 16-dan 18-dək Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olan Ukraynanın “Azov” milli alayının 959 silahlısı təslim olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Azovstal  





Xəbər lenti