Ermənistan "Qazaxıstan ssenarisi"nə hazırlaşır?

 Ermənistan  "Qazaxıstan ssenarisi"nə hazırlaşır?
  19 May 2022    Oxunub:565
İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) müxalifətin etiraz aksiyalarını yatırmaq üçün canlı qüvvə göndərməyi xahiş etməyib. AzVision.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərə açıqlmasında deyib.
- Bu, tamamilə yalan məlumatdır. Qeyd etmək istərdim ki, baş nazir Nikol Paşinyan bütün daxili siyasi məsələlərdə müstəsna olaraq erməni xalqının iradəsinə güvənir. Hətta 2020-ci il noyabrın 9-dan sonrakı ciddi böhran zamanı da bu belə idi, - Qriqoryan deyib.

O əlavə edib ki, bugünkü mitinqlərin təşkilatçıları artıq bir aydır ki, aksiya keçirmək hüquqlarından istifadə edirlər. Ermənistan polisi isə proseslərə nəzarəti həyata keçirir. Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, müxalifətin etirazları geniş ictimai dəstək almayıb.

Qeyd edək ki, Ermənistanın müxalif saytları İrəvanda "Qazaxıstan ssenarisinin" təkrarlanacağı barədə məlumatlar yayıblar. Bəzi siyasətçilər hətta iddia ediblər ki, aksiyalar genişlənsə, Paşinyan KTMT xüsusi qoşunlarını İrəvana da çağıra bilər.

Tural Tağıyev
AzVision.az

Teqlər: Ermənistan   KTMT  







Xəbər lenti