Bakıda yaşayış binasında yanğın olub - FOTOLAR
Əlavə məlumat veriləcək.
***
Bakıda yaşayış binasında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən dörmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Qeyd edilib ki, hadisə iə bağlı əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər: